...

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilir

İdman Materials 6 Mart 2025 08:40 (UTC +04:00)
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start verilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

Trend xəbər verir ki, günün maraqlı qarşılaşmalarında "Vitoriya" səfərdə İspaniyanın "Betis" klubu ilə üz-üzə gələcək, "Çelsi" isə Danimarkada "Kopenhagen" komandasının qonağı olacaq.

"Fiorentina" doğma meydanda Yunanıstanın "Panatinaikos" klubunu qəbul edəcək.

21:45. “Betis” (İspaniya) - “Vitoriya” (Portuqaliya)
21:45. “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya)
21:45. “Molde” (Norveç) - “Legiya” (Polşa)
21:45. “Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə)
00:00. “Yagelloniya” (Polşa) - “Serkl Brügge” (Belçika)
00:00. “Sele” (Sloveniya) - “Luqano” (İsveçrə)
00:00. “Borats” (Bosniya və Herseqovina) - “Rapid” (Avstriya)
00:00. “Pafos” (Yunanıstan) - “Yurqorden” (İsveç)

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti