...

Mingəçevir Sənaye Parkında istehsal edilən məhsulun 84%-dən çox hissəsi ixrac olunub

İqtisadiyyat Materials 5 Mart 2025 19:19 (UTC +04:00)
Mingəçevir Sənaye Parkında istehsal edilən məhsulun 84%-dən çox hissəsi ixrac olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 326 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Bu barədə Trend İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, bunun 84%-dən çoxu, yəni 276,6 milyon manatlıq hissəsi ixrac edilib.

Bildirilib ki, Sənaye Parkında görülmüş işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 570 nəfər daimi işlə təmin edilib.

Qeyd edək ki, Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir.

Park Dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti