Bakı. Trend:
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Sənaye təhlükəsizliyi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 50) təsis edilib.
Trend-ə bu barədə AZSTAND-dan məlumat verilib.
Məlumata görə, sözügedən Texniki Komitə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının icrası istiqamətində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakı məqsədilə yaradılıb.
Texniki Komitəyə sədrlik və katibliyin fəaliyyətinin təşkili Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçiriləcəkdir.
Qeyd edək ki, Texniki Komitənin fəaliyyətində, həmçinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri iştirak edirlər.