...

Buenos-Ayresdə elektrik enerjisinin kəsilməsi nəticəsində 2 milyon insan zərər çəkib

Dünya xəbərləri Materials 5 Mart 2025 23:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayresdə elektrik enerjisinin kəsilməsi nəticəsində təxminən 2 milyon insan zərər çəkib.

Trend xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Elektrik enerjisinin kəsilməsi metro sistemini sıradan çıxarıb və şəhərin bəzi ərazilərində rabitə problemləri yaranıb. Qəza həmçinin hökumət sarayına da təsir edib.

Elektrik tədarükçüsü Edesur şirkətinin verdiyi məlumata görə, kütləvi elektrik kəsilməsinin səbəbi "bir neçə yarımstansiyaya təsir edən elektrik xəttindəki nasazlıq" olub. Şirkət həmçinin bildirib ki, "mütəxəssislərimiz xidmətin bərpası üzərində işləyirlər".

La Nacion-un məlumatına görə, hazırda təxminən 1,1 milyon insan işıqsız qalıb.

Xəbər lenti

Xəbər lenti