...

Dağıstanda İŞİD-ə qarşı əməliyyat: Ölənlər var

Dünya xəbərləri Materials 5 Mart 2025 14:56 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasının Kaspiysk şəhərində DİN regional idarəsinin binasında terakt törətməyi planlaşdıran dəstəyə qarşı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, martın 5-ə keçən gecə Kaspiysk şəhərində keçirilən əməliyyat zamanı dörd döyüşçü zərərsizləşdirilib.

Toqquşmanın baş verdiyi ərazidən gizli saxlanclar, qumbaraatanlar, əldəqayırma partlayıcı qurğular, əl qumbaraları, avtomatlar, tapançalar və onlara aid sursat aşkarlanıb.

Qeyd edilir ki, Dağıstanda terror planlaşdıran döyüşçülər İŞİD terror qruplaşmasının üzvləri olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti