...

Azərbaycanda ilk dəfə olaraq SPC dekor döşəmələri istehsal ediləcək

İqtisadiyyat Materials 5 Mart 2025 13:04 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq SPC dekor döşəmələri istehsal ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində (İZİA) olan Ağdam Sənaye Parkının rezidenti “Mister Décor” MMC-nin SPC dekor döşəmələrin istehsalı müəssisəsinin inşası yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə İZİA-nın mətbuat katibi Elçin Kazımov məlumat verib.

O bildirib ki, artıq tikinti işlərinin 80%-dən artıq hissəsi bitib və görülən işlərə 4 milyon manata yaxın investisiya yatırılıb: "Ümumi investisiya dəyəri 6 milyon manat təşkil edəcək müəssisənin bu il fəaliyyətə başlaması planlaşdırılır.

İllik istehsal gücü 1,5 milyon m² olan müəssisədə 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə iş 2 növbəli rejimdə təşkil olunacaq".

"SPC döşəmələrinin hazırlanmasında xammal kimi karbonat-kalsium və PVC məhlulunun qarışığından istifadə ediləcək ki, bu da oda, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.
Hazırda ölkədə bu sözügedən məhsullara olan təlabat Çindən, Rusiyadan və Hindistandan edilən idxal hesabına ödənilir.

Müəssisənin fəaliyyətə başlaması ilə bu məhsula plan təlabat ödəniləcək", - deyə qurumun sözçüsü vurğulayıb.

Qeyd edək ki, “Mister Décor” MMC hazırda Ağdam Sənaye Parkında divar kağızlarının istehsalı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti