...

Bəzi dövlət qurumlarının səlahiyyətləri ADSEA-ya verilib

İqtisadiyyat Materials 5 Mart 2025 11:47 (UTC +04:00)
Bəzi dövlət qurumlarının səlahiyyətləri ADSEA-ya verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bəzi dövlət qurumlarının səlahiyyətləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib.

Trend-in məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Əsasnamə"sinə uyğun fəaliyyətlərin icrası ilə əlaqədar suların istifadəsi və mühafizsəi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra qurumlarından bu səlahiyyətlərin ötürülməsi istiamətində işlər görülür.

Belə ki, Milli Hidrometeorologiya Xidməti üzrə səth suları üzərində gündəlik və periodik ölçmələrin aparılması səlahiyyətinin ötürülməsi məqsədilə:

Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan 40 avtomatlaşdırılmış və 36 ənənəvi (o cümlədən 5 su anbarı, 2 göl, 29 çay üzərində) hidroloji məntəqələrin Xidmətə təhvil verilməsi;

Milli Hidrometeorologiya Xidmətinin balansında olan 38 avtomat hidroloji stansiyanın ilkin dəyəri, mədaxil tarixləri, texniki göstəriciləri və aid olduğu bölmə barədə məlumatların Xidmətə təqdim edilməsi;

Geoloji Kəşfiyyat Agentliyi üzrə yeraltı su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə:

363 müşahidə quyusu və həmin quyuların parametrləri barədə müvafiq məlumatların Xidmətə verilməsi.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi üzrə yerüstü (çaylar, göllər, su anbarları, Xəzər dənizi və s.) suların monitorinqinin aparılması məqsədilə:

Respublikanın səth sularında (çaylar, göllər, su anbarlarında) suların kəmiyyəti və keyfiyyəti üzrə monitorinq və ölçmə işlərinin nəticələrinə dair məlumatların Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xidmətə təqdim edilməsi;

Xəzər dənizinə axıdılan tullantı yerlərinin koordinatları, yerləşdiyi ünvan, götürülən və analiz aparılan nümunələr barədə məlumatların Xidmətə təqdim edilməsi;
2025-ci ildən Xəzər dənizinə axıdılan axarlarda monitorinq və nəzarət tədbirlərinin Xidmətə tərəfindən həyata keçirilməsi;

Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında fəaliyyət göstərən çimərlik ərazilər barədə məlumatların Xidmətə təqdim edilməsi;

2025-ci ildən Azərbaycan Respublikasının ərazisinə daxil olan transsərhəd çaylarda hər dekadada suyun keyfiyyət monitorinqinin Xidmət tərəfindən aparılması;

Dövlət Ekoloji Ekspertiza Agentliyi üzrə:

“Su Obyektlərindən Xüsusi məqsədlər üçün İstifadəyə İcazə” sənədi verilmiş subyektlər barədə müvafiq məlumatların ADSEA-ya təqdim edilməsi və bu işlərin 2025-ci ildən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən davam etdirilməsi.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti üzrə:

Sudan qanunsuz istifadə olunmasının, həmçinin su obyektlərinin çirklənməsinin qarşısının alınması məqsədilə qanunvericiliyinin tələblərinə uyğun tədbirlərin görülməsi səlahiyyəti ADSEA-ya ötürülmüşdür.

Bu məsələlərlə bağlı adı çəkilən qurumlarıln Əsasnaməsində müvafiq dəyişikliklərin edilməsi istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti