Bakı.Trend:
Ağ Ev rəhbəri Donald Trampın ABŞ Konqresində çıxışı zaman demokratlardan olan konqresmen El Qrin onun çıxışına mane olmağa çalışıb.
Trend xəbər verir ki, insident ABŞ nümayəndələr palatasının saytında aparılan canlı yayıma da düşüb.
Qrin Donald Trampın nitqlə çıxışı zamanı anidən müdaxilə edərək, onun mandatının olmadığını ucadan söyləyib. Nümayəndələr palatasının spikeri Mayk Conson nizam-intizama əməl olunmasını xahiş etsə də, Qrin bu çağırışa məhəl qoymayıb və nəticədə zaldan kənarlaşdırılıb.
Başqa Demokratlar da Trampın çıxışı zamanı ona mane olmağa çalışıb, müxtəlif şüarlar səsləndirib.