Bakı. Trend:
Fələstin prezidenti Mahmud Abbas bir il ərzində bütün ölkə ərazisində ümumi seçkilər keçirməyə hazır olduğunu açıqlayıb.
Trend xəbər verir ki, o, bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) Misirdə keçirilən fövqəladə sammitin açılışında bildirib.
"Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkilərini keçirməyə tam hazırıq", - M.Abbas vurğulayıb.