...

ABB-nin bir qrup müştərisi ilə görüş keçirildi!

İqtisadiyyat Materials 4 Mart 2025 12:04 (UTC +04:00)
ABB-nin bir qrup müştərisi ilə görüş keçirildi!

Bakı. Trend:

ABB-nin məhsul və xidmətlərindən istifadə təcrübələrini mütəmadi şəkildə Bankla bölüşən bir qrup müştəri ilə görüş keçirilib. Bankın Agile ofisində təşkil edilmiş görüşdə müştərilər ABB-nin ayrı-ayrı sahələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara Bankın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Bəzi yeni məhsullar təqdim olunub.

Müştərilər məhsul və xidmətlərlə bağlı faydalı rəylərini diqqətə çatdıraraq gələcək təkmilləşmə prosesləri üçün müəyyən təşəbbüslər irəli sürüblər. Onların suallarına aydınlıq gətirilib.

Qeyd edək ki, məhsul və xidmətlərin hazırlanması, inkişaf etdirilməsi proseslərinin real müştəri təcrübələrinə əsaslanması, bu proseslərə müştərilərin də fəal şəkildə cəlb edilməsi Agile iş tərzinin əsas prinsiplərindəndir.

Bunu nəzərə alaraq ABB müştərilərlə kommunikasiyaları daim inkişaf etdirir, müştərilərin gözləntilərini doğrultmaq üçün həyata keçirilən layihələrdə onların faydalı rəylərini nəzərə alır.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti