...

Bakıda birmərtəbəli evdə yanğın olub

Hadisə Materials 9 Mart 2025 21:28 (UTC +04:00)
Bakıda birmərtəbəli evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti