...

Qazaxıstan bundan sonra da Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir - Səfir

Cəmiyyət Materials 4 Mart 2025 12:30 (UTC +04:00)
Qazaxıstan bundan sonra da Azərbaycanla münasibətləri  inkişaf etdirmək niyyətindədir - Səfir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı.Trend:

Biz Azərbaycanla təhsil sahəsində münasibətləri bundan sonra da inkişaf edirmək niyyətindəyik .

Trend xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ADA universitetində Azərbaycanla Qazaxıstan arasında ali təhsil sferasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı keçirilirən dəyirmi masanın gedişində bildirib.

“Qazaxıstan və Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bizim ölkələrdə təhsil sahəsində aktiv şəkildə islahatlar aparılır", - o deyib.

Qazaxıstanlı səfir həmçinin, Bakıda ilk dəfə olaraq Qazaxıstan universitetlərinin sərgisi təşkil olunacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti