Bakı. Trend:
Azərbaycanın biznes-icmasının Latviya bazarına marağının artması müşahidə olunur.
Trend xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına həsr olunmuş B2B forumunda çıxışında bildirib.
“Bizim münasibətlərdən və ticarət mübadiləsindən söz düşmüşkən, bizim dostluğumuz möhkəmlənməkdədir, ticarət həcmi isə artmağa davam edir. Biz Azərbaycan bazarına daxil olan məhsullarımızın assortimentində genişlənməni, o cümlədən Azərbaycanın biznes-icmasının Latviya olan marağının artmasını müşahidə edirik.
Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq üçün həm siyasi, həm də xalqların inkişafı və rifahı nöqteyi nəzərindən yeni perspektivlər açılır.
E. Skuya vurğulayıb ki, Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş “LEF Network Azerbaijan” layihəsi fəaliyyətə başladığı ilk gündən uğurlu olub.
“Sazişlər bağlanıb və hər dörd iştirakçı ölkənin marağının armtası müşahidə olunur. Görürük ki, layihəyə maraq durmadan artır və onu həyata keçirən insanların səyləri olmasaydı, bu mümkün olmazdı”,- deyə diplomat bildirib.
