Bakı. Trend:
Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 31-dək işləməyəcək.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" platformasında məlumat yayıb.
"Nazirlər Kabinetinin 15.02.2025-ci il tarixli, 23 saylı qərarına əsasən, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar 20.03.2025-31.03.2025-ci il tarixləri qeyri-iş günləridir. Həmin tarixlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsi bağlı olacaq", - deyə məlumatda bildirilir.