...

"Yuventus" doğma meydanda qələbə qazanıb - İtaliya A Seriyası

İdman Materials 4 Mart 2025 03:14 (UTC +04:00)
"Yuventus" doğma meydanda qələbə qazanıb - İtaliya A Seriyası

Bakı. Trend:

İtaliya A Seriyasında 27-ci turun son görüşü baş tutub.

Trend-in məlumatına görə, "Yuventus" doğma meydanda "Verona"nı qəbul edib.

Turin klubu uzun müddət hesabı aça bilməsə də, 73-cü dəqiqədə istəyinə nail olub – Turam dəqiq zərbə ilə fərqlənib. Son dəqiqələrdə ikinci qolu vuraraq qələbəni möhkəmləndirən "Yuventus" turnir cədvəlinin liderlərinə bir qədər də yaxınlaşıb. Hazırda komanda birinci pillədən 6 xal uzaqdadır.

Xəbər lenti

Xəbər lenti