Bakı. Trend
Çərşənbə axşamı saat 03:30-da planlaşdırılan "Starship" kosmik gəmisinin "Super Heavy" daşıyıcı raketlə səkkizinci sınaq buraxılışı ləğv edilib.
Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti xəbər verib.
Qərar buraxılışa 40 dəqiqə qalmış verilib, səbəbləri açıqlanmayıb.
Raket artıq yeddi dəfə buraxılıb. Ötən il 4 uçuş uğurla həyata keçirilib.