Bakı. Trend:
Növbəti 10 il ərzində qarşımıza məqsəd qoymuşuq ki, təkcə neft-qaz şirkəti deyil, SOCAR milli enerji şirkətinə çevrilsin. SOCAR-ı 2050-ci ildə yerli, regional deyil, qlobal enerji təhlükəsizliliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti kimi görürürük.
Trend xəbər verir ki, bunu SOCAR vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
“Ortamüddətli hədəflərimiz var, hansı ki, bizi əmin edəcək ki, 2050-ci ilədək olan hədəflərimizi yoxlayaq və düzgün yolda irəliləyək.
Şirkətin qarşıdakı hədəfləri 2030-cu ilə məşəldə rutin yandırmanın sıfıra endirilməsi, “Upstream” emissiyalarının intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, ümumi emissiyaların 20 faiz azaldılması və 2050-ci ildə “xalis sıfır”a çatmaqdır. “Upstream” seqmentində sıfıra yaxın metan intensivliyi də hədəf götürülüb”, - deyə T.Quliyev qeyd edib.