Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda 2 139 ton metaldan konstruksiyalar istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 735,7 ton və ya 52,4% çoxdur.
2025-ci ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 11 286 ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar ayında 100 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə hazır metal məmulatlarının istehsalı sahəsində 26,2% artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 4,2% azalma müşahidə olunub.