Bakı.Trend:
Çinin “Infinix” korporasiyası günəş enerjisi ilə “qidalanan” smartfonun prototipini təqdim edib.
Trend xəbər verir ki, bu haqda “The Verge” məlumat yayıb.
Konseptual mobil cihaz Barselonada keçirilən “MWC 2025” sərgisində təqdim olunub. Telefonun əsas özəlliyi onun arxa korpusunda günəş panelinin olmasıdır.
Gün işığında cihaz müəyyən qədər enerji toplayaraq "Maximum Power Point Tracking" texnologiyası sayəsində onu akkumlyatora ötürür. Mövcud texnologiya cihazın maksimum 2 vatt gücündə enerji yığmasına imkan verir.
Şirkət, eyni zamanda, öncədən qurulmuş günəş paneli olan cihaza aid xüsusi qutu da təqdim edib. Aksessuar “Infinix” smartfonlarını dəstəkləyir və konnektor vasitəsilə alternativ enerji ötürə bilir.