...

Moskva metrosunda və yəhudi sinaqoqunda partlayışların qarşısı alınıb

Dünya xəbərləri Materials 3 Mart 2025 11:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvanın şəhərkənarında yerləşən sinaqoqda və paytaxt metrosunda terror hücumları həyata keçirməyi planlaşdıran terrorçu qruplaşma üzvünü zərərsizləşdirib.

Trend xəbər verir ki, bu haqda Rusiya FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

“Mosvka bölgəsində Rusiya Federasiyası vətəndaşı, əslən Mərkəzi Asiya regionundan olan Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatı üzvünün terror fəaliyyətinin qarşısı alınıb.

Terrorçu Moskva vilayətinin nüfuzlu yəhudi qurumunda və Moskva metropoliteninin stansiyalarından birində partlayıcı qurğular vasitəsilə partlayış törətmək istəyirdi”, - deyə məlumatda deyilir.

Məlumata əsasən, saxlanılması zamanı şübhəli FTX əməkdaşlarına silahlı müqavimət göstərib və nəticədə odlu silahdan açılan atəşlə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti