...

Türkiyə Azərbaycandan neft alışını kəskin artırıb

Energetika Materials 3 Mart 2025 17:51 (UTC +04:00)
Türkiyə Azərbaycandan neft alışını kəskin artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 4,2 milyon ABŞ dolları dəyərində 8,6 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 milyon ABŞ dolları və ya 52,1%, həcm ifadəsində isə 3,3 min ton və ya 61,4% çoxdur.

Dövr ərzində Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, sözügedən dövr ərzində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları Azərbaycandan ən çox İtaliyaya ixrac edilib. Belə ki, bu ilin yanvar ayında İtaliya Azərbaycandan 932,7 milyon ABŞ dolları dəyərində 1,7 milyon ton neft idxal edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 822,2 milyon ABŞ dolları və ya 8,4 dəfə, həcm baxımından isə 1,5 milyon ton və ya 9,4 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti