...

İKTA 2024-cü il üçün hesabatını açıqlayıb

İqtisadiyyat Materials 3 Mart 2025 17:30 (UTC +04:00)
İKTA 2024-cü il üçün hesabatını açıqlayıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ildəki fəaliyyətinə dair hesabatını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabatda qurumun ötən il ərzində gördüyü işlər haqqında geniş bəhs edilib.

Sənəddə, həmçinin icrasına ötən il başlanmış və davam edən layihələr, eyni zamanda qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslərə geniş yer verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum təsis edilib. İKTA-nın Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti