Bakı. Trend:
Bu gün yerli vaxtla 09:55-də İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin İranşəhr rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in xəbərinə görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.