Bakı. Trend:
“Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul edilməsi, tibbi infrastrukturun və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, ailə planlanmasına çıxış imkanlarının artırılması qadınların sosial müdafiəsi ilə bağlı problemlərinin həllində son dərəcə əhəmiyyətlidir.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların ictimai fəallığının yüksəldilməsi, onların məşğulluğunun artırılması, iqtisadi müstəqilliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir:
“Bu səbəbdən, qadınlara iqtisadi dəstək göstərilməsi və mikrokreditlərin verilməsi, onların sahibkarlıq sahəsində keçirilən təlimlərə cəlb edilməsi üzrə təşəbbüslərin genişləndirilməsi, habelə kvota kimi müvəqqəti xüsusi tədbirlərin tətbiqi məqsədəmüvafiqdir”.