...

Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər – Komitə sədri

Cəmiyyət Materials 3 Mart 2025 10:32 (UTC +04:00)
Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aliment Fondunun yaradılması saxta boşanmaların sayını artıra bilər.

Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı deyib.

“Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaları gücləndirə bilər.

Məruzədə Ombudsmanın aliment ödənişlərinin təyinatı, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşma, o cümlədən, bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır”, - deyə Zahid Oruc qeyd edib.

Xəbər lenti

Xəbər lenti