...

Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək

İqtisadiyyat Materials 3 Mart 2025 18:06 (UTC +04:00)
Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 3-də Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər görüş zamanı kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Armands Krauzenin Azərbaycana mümkün səfəri, o cümlədən mayın 12-də Bakıda planlaşdırılan Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasına hazırlıq məsələlərini müzakirə edilib. Görüşdə, həmçinin Latviyanın daha əvvəl təqdim etdiyi əməkdaşlıq təklifləri müzakirə edilib, Azərbaycan tərəfi meşə təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını xüsusilə yüksək qiymətləndirib.

Tərəflər Latviya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli potensialın mövcudluğu ilə razılaşaraq, birgə layihələr üzərində işi davam etdirməyə sadiq olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti