Bakı. Trend:
Alimentin ödənilməsi sahəsindəki mövcud boşluqlar nəzərə alınaraq bu sahədə məhkəmə qərarlarının icrası metodlarının təkmilləşdirilməsi, habelə Ombudsmanın əvvəlki illik məruzələrində də irəli sürdüyü təkliflər nəzərə alınmaqla alimentin ödənilməsinə vahid dövlət nəzarət mexanizminin yaradılması zəruridir.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, aidiyyəti qurumlar tərəfindən daha həssas və operativ yanaşmanın nümayiş etdirilməsinə, münaqişəli ailələrlə aparılan profilaktiki işlərin daha da gücləndirilməsinə ehtiyac var.