...

Azərbaycanın dəniz limanlarında gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb

İqtisadiyyat Materials 3 Mart 2025 10:19 (UTC +04:00)
Azərbaycanın dəniz limanlarında gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

“Azərbaycanın bütün dəniz limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar gəmilərin giriş-çıxışına qoyulmuş qadağa aradan qaldırılıb. Hazırda əvvəlki qaydada fəaliyyət davam etdirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Azərbaycanın bütün dəniz limanlarında gəmilərin giriş-çıxışına qadağa qoyulmuş, dənizdəki bütün gəmilər xüsusi sığınacaqlara yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti