Bakı. Trend:
Ukrayna faydalı qazantıları üzrə Vaşınqton ilə Kiyev arasında razılaşmanın əldə olunması hələ də mümkündür.
Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"“Xeyr, mən belə düşünmürəm”, - deyə Amerika prezidenti “razılaşmanın bitdiyini” hesab etməsi ilə bağlı suala cavab verib. “Düşünürəm ki, bu, bizim üçün böyük bir razılaşmadır", - deyə o əlavə edib.
D.Tramp martın 4-də Senat və Nümayəndələr Palatasının birgə iclasındakı çıxışında bu məsələyə toxunacağını qeyd edib.