Bakı. Trend:
İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Trend türk KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN mətbuat xidmətinin sözçüsü Öncü Keçeli açıqlama verib.
Məlumata görə, Keçeli İranın Ankaradakı Səfirliyinin Müvəqqəti İşlər Vəkilinin ikitərəfli məsələləri və bəzi iranlı rəsmilərin Türkiyəyə qarşı irəli sürdüyü iddiaları müzakirə etmək məqsədilə Nazirliyə dəvət edildiyini diqqətə çatdırıb.
"Son dövrlərdə iranlı rəsmilərin Türkiyəyə yönəlmiş tənqidlərini daha çox ictimaiyyət qarşısında səsləndirdiklərini müşahidə edirik. Bu mövzu ilə bağlı hazırladığımız bir dosyeni artıq İran tərəfinə təqdim etmişdik", - məlumatda vurğulanıb.