Bakı. Trend:
Çin ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq martın 10-dan etibarən Amerika kənd təsərrüfatı mallarına 10-15% həcmində əlavə rüsum tətbiq edəcək.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya nazirliyi məlumat yayıb.
Məlumata görə, əlavə 15 faizlik rüsumlar ABŞ-dən idxal olunan toyuğa, buğdaya, qarğıdalıya və pambığa tətbiq olunacaq. Kalış (dənli bitki-red), soya, donuz əti, mal əti, dəniz məhsulları, meyvə-tərəvəz və süd məhsullarına isə 10 faiz civarında rüsum tətbiq olunacaq.
Çin eyni zamanda, ABŞ-nin 15 şirkətinə qədər məhdudlaşdırıcı ölçülər tətbiq edib.
İddiaya görə, sanksiya siyahısına düşmüş 15 subyekt Çinin milli təhlükəsizliyinə və maraqlarına təhdid yaradır.