Bakı. Trend:
“Azercare” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını kəskin azaldır.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Belə ki, şirkət nizamnamə kapitalının 50 000 manat məbləğindən 500 manat məbləğinə azalmasını elan edib.
Qeyd edək ki, sözügedən şirkət bu ilin fevralın 17-də dövlət qeydiyyatına alınıb.
MMC-nin qanuni təmsilçisi Türkiyə vətəndaşı Başaran Semradır.