...

Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edib (FOTO)

Telekommunikasiya Materials 4 Mart 2025 16:36 (UTC +04:00)
Rəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Samux şəhərində vətəndaşları qəbul edib.

Trend xəbər verir ki, bu barədə nazir öz rəsmi "X" hesabında paylaşım edib.

"Bu gün Samux şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinləri ilə görüşdük.

Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.

Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti