Bakı. Trend:
"Liverpul"un yay transfer pəncərəsində əsas hədəflərindən biri Miloş Kerkez olacaq.
Trend xəbər verir ki, "qırmızılar" "Bornmut"un müdafiəçisini transfer etmək üçün 40 milyon funtdan yuxarı büdcə ayırmağı planlaşdırır.
Macarıstanlı futbolçu ilə "Real Madrid" və "Çelsi" də maraqlanır. "Alkmaar"ın yetirməsi olan Kerkez hazırda "Liverpul"un idman direktoru işləyən Riçard Hyuza yaxşı tanışdır. Futbolçunun da yayda klubunu tərk etməyə müsbət yanaşdığı bildirilir.
21 yaşlı müdafiəçi bu mövsümdə 27 oyunda 2 qol vurub və 4 qol ötürməsi edib.