Bakı. Trend:
Transfer dönəmlərində adı tez-tez “Qalatasaray” ilə hallanan İlkay Gündoğan haqqında yeni məlumat yayılıb.
Trend xəbər verir ki, mövsümün sonunda İngiltərə klubu ilə müqaviləsi başa çatan türk əsilli alman futbolçu “Mançester Siti” ilə daha 1 illik yeni anlaşma əldə edəcək.
Məlumata görə, tərəflər arasındakı rəsmi danışıqlar müsbət irəliləyir və yaxın günlərdə razılaşmanın rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2024/25 mövsümündə “Mançester Siti” forması ilə bütün turnirlərdə 38 oyuna çıxan 34 yaşlı futbolçu 2 qol və 2 asistlə yadda qalıb.