...

Ağdam Sənaye Parkının rezidenti ilk dəfə olaraq beynəlxalq sərgidə iştirak edir

İqtisadiyyat Materials 6 Mart 2025 10:21 (UTC +04:00)
Ağdam Sənaye Parkının rezidenti ilk dəfə olaraq beynəlxalq sərgidə iştirak edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Made In Azerbaijan” brendi olan divar kağızları ilk dəfə olaraq beynəlxalq sərgidə nümayiş etdirilir.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.

Bildirilib ki, agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC Çinin Pekin şəhərində keçirilən Beynəlxalq Bina Dekorasiyaları və Materialları Sərgisində öz stendi ilə təmsil olunur.

"Ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir. Sərgi 6-9 mart tarixlərini əhatə edəcək", - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti