...

Cenevrədə Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq

Cəmiyyət Materials 5 Mart 2025 16:06 (UTC +04:00)
Cenevrədə Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

5 aprel 2025-ci il tarixində İsveçrənin Cenevrə şəhərində Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dərslər İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin rəhbəri olduğu “İRS” rəqs qrupunun təşkilatçılığı, Azərbaycandan dəvət olunmuş rəqqas Firuz Əlövsətovun iştirakı ilə baş tutacaq.

Dərslər böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulur. Birinci dərsdə iştirakçılara “Naz eləmə”, ikinci dərsdə isə Azərbaycan mədəni irsinə dərin kök salmış “Yallı” rəqsi öyrədiləcək.

Azərbaycan dilində keçiriləcək ustad dərsləri iştirakçılar üçün ingilis və fransız dillərinə də tərcümə ediləcək.

Sözügedən ustad dərsləri ilə bağlı İsveçrə mediasında da məlumat paylaşılıb:

https://www.associationakhtar.com/avenir
https://www.geneve.ch/agenda/journee-decouverte-danses-azerbaidjan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti