Bakı. Trend:
“Formula-1” “Qatar Airways” Azərbaycan Qran-prisi 2025-ə hazırlıqlar çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.
Bildirilib ki, paddok hər zamankı kimi Neftçilər prospekti, Hökümət Evinin qarşısında quraşdırılır.
"Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir. Xatırladaq ki, “Formula-1” “Qatar Airways” Azərbaycan Qran-prisi bu il 19-21 sentyabr tarixlərində baş tutmaqla Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq", - məlumatda qeyd edilib.