Bakı. Trend:
"Xarı Bülbül" restoranında nöqsanlar aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib.
"Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik
tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən
edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan
mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən
nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar
barəsində inzibati protokol tərtib edilib",- məlumatda qeyd
edilib.