...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində kütləvi ixtisarlara başlayıb

Dünya xəbərləri Materials 6 Mart 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ administrasiyasının prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlarını kütləvi şəkildə qovmağa başlayıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət ilk növbədə yeni işə götürülmüş, sınaq müddəti başa çatmamış əməkdaşlardan gedir.

Qeyd edilir ki, son bir neçə il ərzində Mərkəzi Kəşfiyyat İdarəsində işləyən işçilərin xidməti vəsiqələrini qurumun mühafizəçilərinə təhvil vermələri tapşırılıb. İdarədən əməkdaşların bir hissəsinin həqiqətən işdən azad edildiyi təsdiq edilsə də, lakin rəqəmlər açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti