...

Azərbaycanda sürtkü yağlarının istehsal həcmi açıqlanıb

İqtisadiyyat Materials 18 Mart 2025 11:10 (UTC +04:00)
Azərbaycanda sürtkü yağlarının istehsal həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6,2 min ton sürtkü yağları istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 min ton və ya 31,9% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə 9,1 min ton sürtkü yağları istehsal edilmişdi.

Bu ilin martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 6 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1029,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti