...

Pərakəndə ticarət dövriyyəsində fərdi sahibkarların payı artır

İqtisadiyyat Materials 18 Mart 2025 12:09 (UTC +04:00)
Pərakəndə ticarət dövriyyəsində fərdi sahibkarların payı artır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq məhsul satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, pərakəndə ticarət şəbəkəsində istehlakçılara fərdi sahibkarlar tərəfindən 4,4 milyard manatlıq məhsul satılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 245 milyon manat və ya 5,8% çoxdur.

Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara fərdi sahibkarlar tərəfindən 4,2 milyard manatlıq məhsul satılıb.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50%-i ərzaq məhsullarının, 4,8%-i içkilər və tütün məmulatlarının, 15,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti