...

Çindən Azərbaycana gətirilən smartfonların qiyməti ucuzlaşıb

İqtisadiyyat Materials 19 Mart 2025 12:21 (UTC +04:00)
Çindən Azərbaycana gətirilən smartfonların qiyməti ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Çindən 92 min 935 ədəd smartfon idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu sayda smartfonların idxalına çəkilən xərc 20,7 milyon ABŞ dolları olub.

Çindən smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7 min 670 ədəd və ya 9% çoxalıb, dəyər ifadəsi ilə 5,3 milyon ABŞ dolları, yaxud da 20,4% azalıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycana Çindən 26 milyon ABŞ dolları dəyərində 85 min 265 ədəd smartfon gətirilib.

Bu ilin yanvarında idxal olunan smartfonun bir ədədi üçün orta qiymət 222,6 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 82,4 ABŞ dolları və ya 27% ucuzdur. Ötən ilin müvafiq dövründə bu qiymət 305 ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞ dolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti