...

Vyetnamdan Azərbaycana smartfon idxalı 45%-ə yaxın azalıb

İqtisadiyyat Materials 19 Mart 2025 16:47 (UTC +04:00)
Vyetnamdan Azərbaycana smartfon idxalı 45%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Vyetnamdan 13 min 718 ədəd smartfon idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu sayda smartfonların idxalına çəkilən xərc 5 milyon ABŞ dolları olub.

Vyetnamdan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 11 min 88 ədəd və ya 44,7%, dəyər ifadəsi ilə 2,4 milyon ABŞ dolları, yaxud da 32% azalıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycana Vyetnamdan 7,4 milyon ABŞ dolları dəyərində 24 min 806 ədəd smartfon gətirilib.

Bu ilin yanvarında idxal olunan smartfonun bir ədədi üçün orta qiymət 366,6 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 68,2 ABŞ dolları və ya 22% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət 298,4 ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞ dolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti