...

Hindistandan Azərbaycana smartfon idxalı 9 dəfə azalıb - Qiymət bahalaşıb

İqtisadiyyat Materials 26 Mart 2025 17:17 (UTC +04:00)
Hindistandan Azərbaycana smartfon idxalı 9 dəfə azalıb - Qiymət bahalaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Hindistandan 792 ədəd smartfon idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu sayda smartfonların idxalına çəkilən xərc 272,8 min ABŞ dolları olub.

Hindistandan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 6 min 341 ədəd və ya 9 dəfə, dəyər ifadəsi ilə 1,24 milyon ABŞ dolları, yaxud da 5,5 dəfə azalıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycana Hindistandan 1,5 milyon ABŞ dolları dəyərində 7 min 133 ədəd smartfon gətirilib.

Bu ilin yanvarında Hindistandan idxal olunan smartfonun bir ədədi üçün orta qiymət 344,4 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 132,2 ABŞ dolları və ya 62% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət 212,1 ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞ dolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. Smartfonlar Çindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti