Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilib.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz
azalıb, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artıb.
Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi
emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0
dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter,
elektron və optik məhsulların istehsalı 31,4 faiz, dəri və dəri
məmulatlarının, ayaqqabıların istehsalı 23,7 faiz, maşın və
avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq sənayesi
məhsullarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı
12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz,
kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artıb, içkilərin
istehsalı 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı
1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, tütün
məmulatlarının istehsalı 3,1 faiz, neft məhsullarının istehsalı 7,0
faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,0 faiz,
tikinti materiallarının istehsalı 9,5 faiz, mebel istehsalı 9,7
faiz, hazır metal məmulatlarının istehsalı 18,1 faiz, kağız və
karton istehsalı 31,5 faiz, maşın və avadanlıqların quraşdırılması
və təmiri işləri 32,8 faiz, geyim istehsalı 45,3 faiz, poliqrafiya
məhsullarının istehsalı isə 55,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,0 faiz
artıb.