Budapeşt.Trend:
Orta dəhlizin potensialının açılması üçün “Şimal-Cənub” marşrutu üzrə beynəlxalq nəqliyyat əlaqəliliyinin inkişaf etdirilməsində maraqlıyıq.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı deyib.
“Həmin layihə regional tranzit qovşaq olaraq türk dövlətlərinin rolunu əhəmiyyətli şəkildə artırmış olacaq.Bu Yaxın Şərq, Afrika və Cənubi Asiya ilə ticarəti asanlaşdıracaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçid məntəqəsinin açılması da planlaşdırılır.
“Beləliklə, biz nəqliyyat sahəsində inteqrasiya çərçivəsində Böyük İpək Yolunu müasirləşdiririk. Eyni zamanda, Qərb və Şərqi bir-birinə daha da yaxınlaşdırırıq. Bütün ölkələr bu prosesdən faydalanacaqlar,” – Qazaxıstanın dövlət başçısı əlavə edib.