Bakı. Trend:
“Fitch Ratings” reytinq agentliyi 2026-cı ilə qədər MDB+ regionu ölkələrinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistan) bank sektoruna dair neytral proqnozu qoruyub saxlayıb.
Trend xəbər verir ki, bu barədə “Fitch Ratings” reytinq agentliyi məlumat yayıb.
“Əsas kreditqabiliyyət amillərin və sektor üzrə orta göstəricilərin bütövlükdə sabit qalacağını gözləyirik. Buna əməliyyat şəraitinin dayanıqlılığı və kreditləşmənin yüksək artım tempi dəstək verəcək. Ukraynada son dərəcə çətin əməliyyat mühiti mövcud olsa da, sektor üzrə proqnoz yenə də neytral olaraq qalır və əhəmiyyətli pisləşmə gözləmirik”, – hesabatda bildirilir.
“Fitch”in analitikləri hesab edirlər ki, MDB+ regionunda iqtisadi artım, əsasən, güclü daxili tələbat və neft ixrac edən ölkələr üçün əlverişli xammal bazarı şəraiti sayəsində dayanıqlı səviyyədə qalacaq.
“Pərakəndə kreditləşmə kredit portfelinin iki rəqəmli artım tempini təmin edir, eyni zamanda tənzimləyici tədbirlər həddindən artıq genişlənməni məhdudlaşdırır və xüsusilə Qazaxıstan və Özbəkistanda həddən artıq aktivləşmə risklərini azaldır. Kreditləşmənin sirayət dərəcəsi aşağı olaraq qalır və ya, Gürcüstan və Ermənistanda olduğu kimi, orta səviyyədədir ki, bu da sektorun daha da böyüməsi üçün imkan yaradır.
Aktivlərin keyfiyyəti göstəricilərinin köhnəlmiş risklərin azalması və əksər bazarlarda kreditlərin dollarlaşmasının tədricən aşağı düşməsi fonunda yalnız cüzi dalğalanmalar nümayiş etdirəcəyi ehtimal olunur, baxmayaraq ki, Özbəkistanda aktivlərin keyfiyyətinə təzyiq qalmaqdadır. Səhmlərin gəlirliliyi sağlam xalis faiz marjaları və orta və ya aşağı ehtiyat ayırmaları sayəsində yüksək olaraq qalır. Kapital və likvidlik buferləri əhəmiyyətli səviyyədədir və bu, banklara sektorun sabitliyinə xələl gətirmədən divident ödənişlərini qorumağa və ya artırmağa imkan verir. Ukrayna bank sektorunun göstəriciləri isə effektiv tənzimləmə, dayanıqlı likvidlik və kifayət qədər kapital ehtiyatları ilə dəstəklənir”, - deyə hesabatda vurğulanır.
