...

Azərbaycanda ən çox bazar payına malik mobil telefon markaları - SİYAHI

İqtisadiyyat Materials 2 Dekabr 2025 11:11 (UTC +04:00)
Azərbaycanda ən çox bazar payına malik mobil telefon markaları - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ən populyar mobil cihazların adı bəlli olub.

Trend-in “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, “Samsung" smartfonları bu ilin noyabr ayında mobil cihazlar üzrə 24,96 faiz bazar payı ilə Azərbaycanda ilk pillədə qərarlaşıb.

Cari ilin oktyabr ayına olan göstərici ilə müqayisədə “Samsung" markasının Azərbaycanda bazar payı 0,41 faiz bəndi, 2024-cü ilin noyabr ayına nisbətən isə 9,21 faiz bəndi azalıb.

Hesabat dövründə Azərbaycanda ən çox bazar payına malik smartfon brendlərinin siyahısında "Unknown” ikinci yerdə olub. Belə ki, bu markalı smartfonların Azərbaycanda bazar payı əvvəlki ayla müqayisədə 1,91 faiz bəndi azalıb, ötən ilin noyabr ayına nisbətən isə 15 faiz bəndi artaraq 23,8 faiz təşkil edib.

Siyahıda növbəti pillədə “Apple” qərarlaşıb. Belə ki, bu brendin Azərbaycanda smartfonlar üzrə bazar payı bir ay əvvələ nisbətən 0,45 faiz bəndi, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,84 faiz bəndi artaraq 21,65 faizə bərabər olub.

Siyahıda 4-cü pillədə 18,54 faiz bazar payı ilə “Xiaomi” smartfonları mövqelənib. Bu göstərici isə bir ay əvvəllə müqayisədə 0,67 faiz bəndi çox, ötən ilin eyni dövrünə nisbətən isə 9,27 faiz bəndi azdır.

Bu ilin noyabr ayı üzrə digər smartfonların Azərbaycanda əhatə dairəsinə görə reytinqi aşağıdakı kimi müəyyənləşib:

“Honor” – 4,94 faiz (oktyabr ayına nisbətən 0,6 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,17 faiz bəndi az);

“Huawei” – 1,77 faiz (oktyabr ayına nisbətən 0,33 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,25 faiz bəndi az);

“Oppo” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,12 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,2 faiz bəndi az);

“Realme” – 0,78 faiz (oktyabr ayına nisbətən 0,09 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,04 faiz bəndi çox);

“Infinix” – 0,86 faiz (oktyabr ayına nisbətən 0,07 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Tecno” – 1,16 faiz (oktyabr ayına nisbətən 0,13 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi çox);

“Motorola” – 0,23 faiz (oktyabr ayına nisbətən 0,02 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,06 faiz bəndi az);

“LG” – 0,01 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,03 faiz bəndi az);

“Google” – 0,08 faiz (oktyabr ayına nisbətən 0,7 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,18 faiz bəndi az);

“Lenovo” – 0,06 faiz (oktyabr ayına nisbətən eyni, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,07 faiz bəndi az);

“Sony” – 0,02 faiz (oktyabr ayına nisbətən 0,01 faiz bəndi çox, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 0,01 faiz bəndi az)

Hesabat dövründə Azərbaycanın smartfon bazarında 0,36 faiz digər markaların payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti