...

Azərbaycanın ən populyar axtarış sistemləri məlum olub

İqtisadiyyat Materials 2 Dekabr 2025 13:01 (UTC +04:00)
Azərbaycanın ən populyar axtarış sistemləri məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabr ayında “Google” 79,38 faiz payla Azərbaycanın ən populyar axtarış sistemi statusunu qoruyub saxlayıb.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin oktyabr ayı ilə müqayisədə “Google”ın payı 2,54 faiz bəndi azalıb.

“Yandex” axtarış sisteminin payı isə hesabat dövründə 2,71 faiz bəndi azalıb və 18,34 faiz təşkil edib.

Oktyabrda “Bing”in payı 0,01 faiz bəndi artaraq 1,5%-ə çatıb, eyni zamanda “Yahoo”nun göstəricisi 0,12 faiz bəndi azalaraq 0,31%-ə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti